Məhkəmə Ucarda quldurluq edən dəstə üzvləri ilə bağlı qərar verəcək


  • 17 Mart 2023 17:22

Ucarda quldurluq etməkdə təqsirləndirilən Əbdürrəhim Məcidov, Əli İbrahimov və Elxan Əhmədovun cinayət işi üzrə ibtidsai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Bilal Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası martın 30-na təyin olunub.

Qeyd edək ki, dəstə üzvləri 2022-ci il dekabrın 6-da axşam saatlarında rayon ərazisində yerləşən qızıl mağazalarının birinin qarşısında bir nəfər rayon sakininə yaxınlaşaraq avtomobilin yük yerinə qoyduğu çantanı ondan tələb ediblər. Lakin sonuncu içərisində 7000 manat civarında dəyəri olan qızıl-zinət əşyalarının olduğu çantanı onlara verməyərək naməlum şəxslərə qarşı müqavimət göstərib. Bu zaman isə həmin şəxslər vətəndaşa xəsarət yetirməklə bərabər avtomobilin şüşəsini qırıblar və hadisə yerindən qaçıblar. Onlar hadisəni törədən zaman isə üzlərinin tanınmaması üçün tibbi maskadan istifadə ediblər. Ə.Məcidov, Ə.İbrahimov və E.Əhmədova qarşı Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə ittiham irəli sürülüb.

Eltac Nurullazadə

Oxşar xəbərlər