- 18:09
Goranboyda mağazadan oğurluq etməkdə təqsirləndirilən Elçibəy Fətullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanmış materiallar baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilib.
Hakim Toğrul Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, əvvələr məhkum olunmuş rayon sakini Elçibəy Fətullayev gecə saatlarında mağazanın qapısını sındırıb içəri daxil olaraq oradan 100 manat nağd pul və 2911 manat dəyərində müxtəlif satış məhsullarını oğurlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə