- 12 May 22:31
Bakıda adam bıçaqlamaqda təqsirləndirilən Nurlan Məhərrəmovun cinayət işi üzrə məhkəməsi yekunlaşıb.
E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Hökmə əsasən, N.Məhərrəmovun əməli Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən 126.1-ci maddəsinə tövsif olunub və o, 3 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki ötən prosesdə prokuror Rauf Malışov ittiham nitqi ilə çıxış edərək məhkəmədən təqsirləndirilən şəxsin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, Nurlan Məhərrəmov mübahisə zəmnində tanışı 1993-cü il təvəllüdlü Rasim Əliyevi bıçaqlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (Qəsdən sağlamlığa zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham irəli sürülüb.
Orxan Rasifoğlu