Türkiyə şirkətinin Azərbaycandakı filialı cərimələnə bilər


  • 16 İyul 2024 16:42

"ERT Danışmanlık İnşaat Mühendislik Turizm Sanayi ve Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialına cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. İş hakim Gültəkin Əsədovanın icraatına verilib.

Qeyd edək ki, bu xətaya görə şirkət iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilə bilər.

Məhkəmənin baxış iclası iyulun 25-də keçiriləcək.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər