Səfərbərlik Xidmətinin Naxçıvan üzrə baş idarəsi yaradıldı


  • 8 Aprel 2023 11:02

Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsi yaradılıb.

E-huquq.az xəbər verir ki, eyni zamanda Azərbaycan Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”də dəyişiklik edilib:

- 5.1-ci bəndin birinci cümləsindən “(yerli baş idarə, idarələr, şöbələr və bölmələr)” və “, habelə Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti” sözləri çıxarılsın;

- 5.5-ci bəndin birinci cümləsində “bir birinci müavini və üç müavini” sözləri “müavinləri” sözü ilə əvəz edilsin;

- 5.6.9-cu yarımbənddə “yerli baş idarə, idarə, şöbə və bölmələrin” sözləri “strukturuna daxil olan qurumların” sözləri ilə əvəz edilsin;

- 5.6.11-ci yarımbənddə “yerli baş idarə, idarə, şöbə və bölmələrin” sözləri “strukturuna daxil olan” sözləri ilə əvəz edilsin;

- 5.7-ci bəndin birinci cümləsindən “, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisindən” sözləri çıxarılsın.

Nazirlər Kabinetnə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Oxşar xəbərlər