Ceyhun Bayramov Pakistanın Sərhəd İşlər Təşkilatının baş direktoru ilə görüşdü


  • 14 Yanvar 10:26

Pakistan İslam Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Sərhəd İşləri Təşkilatının Baş direktoru general-mayor Kamal Azfar ilə görüşdü.

Bu barədə e-huquq.az-a Xarici İşlər Nazirliyindən bildirilib.

Sərhəd İşləri Təşkilatının Baş direktoru Kamal Azfar təşkilatın fəaliyyət sahələri barədə ətraflı məlumat verərək 45 ildən çox müddətdə Pakistanda körpülər, yollar, tuneller, eləcə də telekommunikasiya xəttlərinin və s. inşası, infrastruktur xidmətlərinin inkişafı sahəsində fəaliyyətlərindən bəhs etdi.

Nazir Ceyhun Bayramov bölgədə mövcud olan cari vəziyyəti qeyd edərək, 44 günlük Vətən müharibəsindən sonra münaqişə sonrası bərpa və reabilitasiya mərhələsinə qədəm qoyduğumuzu bildirdi. Hazırda bölgədə aparılan işlər, o cümlədən minadan təmizləmə işləri və infrastrukrur layihələri qeyd olundu. Həyata keçirilən bərpa və tikinti işlərində maraqlı tərəfdaş ölkə və beynəlxalq təşkilatlarla birgə işləməyə hazır olduğumuz vurğulandı.

Görüşdə tərəflər əməkdaşlıq petspektivləri üzrə fikir mübadiləsi apardılar.

Oxşar xəbərlər