“Az-Granata” MMC-nin PR meneceri "Ağsu Tədris Mərkəzi"ndə olub


  • 17 Sentyabr 2020 16:56

“Az-Granata” MMC-nin PR meneceri Ülvi Günəşli yeni istifadəyə verilmiş "Ağsu Tədris Mərkəzi"ndə olub.

E-huquq.az-ın məlumatına görə, mərkəzin direktoru Güvənc Mirzəxanovla görüşən Ü.Günəşli burada görülən işlərlə tanış olub.

"Ağsuda belə bir möhtəşəm tədris mərkəzinin ərsəyə gəlməsi dövlətimizin təhsilə xüsusi diqqət və qayğısından irəli gəlir. Yeni istifadəyə verilən və tam müasir üslubda inşa edilmiş üçmərtəbəli "Ağsu Tədris Mərkəzi" gənc və savadlı müəllimlərdən ibarət heyəti ilə artıq ağsulu şagirdlərin sevimli təhsil ocağına çevrilib. Ali təhsil almaq arzusu ilə çalışan çoxsaylı ağsulu şagirdlər böyük həvəslə mərkəzin təhsil xidmətindən yararlmaq üçün hələ mərkəzin açılışından aylar əvvəldən qeydiyyata başlayıb", - deyə Ü.Günəşli tədris mərkəzi barədə fikirlərini bölüşərkən bildirib.

O, “Az-Granata” MMC-nin heyəti adından "Ağsu Tədris Mərkəzi"nin kollektivinə uğurlar arzulayıb və müxtəlif hədiyyələr təqdim edib.

Oxşar xəbərlər