- 18 Mart 18:51
Dini mərasimlər və toyların təşkilinin bərpası ilə bağlı müvafiq addımlar atılacaq.
E-huquq.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasındə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
O bildirib ki, toy və yas mərasimlərinin keçirilməsinə icazə verilməsi operativ qərargahən səlahiyyətindədir:
“Həmin qurum bununla bağlı tibbi mütəxəssislərin pandemiya ilə bağlı yaranmış vəziyyəti nəzərə alaraq qərarlar qəbul edəcək”.
Mənbə: Oxu.az