Vaksinasiya olunanların sayı açıqlandı


  • 19 Avqust 2022 16:52

Azərbaycanda son gündə koronavirus əleyhinə 1 509 vaksin vurulub.

Bu barədə e-huquq.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 239, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 237, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 894, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 139 nəfərdir.

Qeyd edək ki, ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 845 853 təşkil edir.

Oxşar xəbərlər