Azərbaycanda daha 48 nəfərdə COVID-19 aşkarlandı


  • 1 Dekabr 2022 16:38

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 48 yeni yoluxma faktı qeydə alınıb, 45 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan e-huquq.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 824 385 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 148 nəfər müalicə olunaraq sağalıb, hazırda 256 aktiv xəstə var. Bu günə qədər 9 981 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 840, bu günə qədər isə ümumilikdə 7 377 282 test icra olunub.

Oxşar xəbərlər