- 23 Aprel 13:08
Bakıda sirkə turşusu içən kişi xəstəxanada ölüb.
E-huquq.az-ın məlumatına görə hadisə paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.
Belə ki, iyunun 4-də 1976-cı il təvəllüdlü Səfərov Rafiq yaşadığı nömrəsiz fərdi yaşayış evində sirkə turşusu
içib və xəstəxanaya yerləşdirilib.
Lakin o müalicə olunduğu Kliniki Tibbi Mərkəzdə ölüb.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.