Müəllimlərin sertifikatlaşdırma imtahanlarına start verildi


  • 21 İyun 10:12

İyunun 21-də dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə başlanılıb.

E-huquq.az xəbər verir ki, sertifikatlaşdırmanın test imtahanı mərhələsi Naxçıvan şəhəri də daxil olmaqla ölkənin 18 şəhəri üzrə 27 imtahan mərkəzində təşkil edilir.

Sertifikatlaşdırmanın test imtahanı mərhələsinin ilk gününə riyaziyyat fənnini tədris edən təhsilverənlər cəlb olunub. Bugünkü test imtahanlarına ölkə üzrə ümumilikdə 9 000-ə yaxın təhsilverən dəvət edilib.

Test imtahanı mərhələsində təhsilverənlərə 120 dəqiqə müddətində tədris etdikləri fənn üzrə ümumtəhsil proqramları, tədris metodikası və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra nəticə namizədin kompüterində əks olunur.

Bildirilib ki, test imtahanında azı 30 bal toplamış müəllimlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanacaqlar.

Qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesinə BŞTİ-nin tabeliyindəki məktəblər üzrə 2 379 riyaziyyat müəllimi cəlb edilib. Bakı Şəhəri Üzrə Təhsil İdarəsinin məlumatına görə, iyunun 21-də dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinə İdarənin tabeliyindəki məktəblər üzrə 2 379 riyaziyyat müəllimi dəvət edilib.

Xatırladaq ki, sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi 22 və 24 iyun tarixlərində də davam edəcək. Həmin tarixlərdə xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), rus dili və ədəbiyyatı, alman dili, fransız dili və s.) fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri imtahan verəcəklər.

Oxşar xəbərlər

  • 19 İyul 12:21
Sabahın hava proqnozu
  • 18 İyul 12:39
Sabahın hava proqnozu