Anar Bağırov: "Heydər Əliyevin gender sahəsindəki siyasəti bu gün uğurla davam etdirilir"


  • 2 İyun 2023 10:08

"Müstəqilliyimizi yenidən bərpa etdikdən sonra Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə gender bərabərliyinin təmin olunması sahəsində bir sıra islahatlar aparılıb".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov türk dünyasının ilk qadın vəkili Sürəyya Ağaoğlunun 120 illik yubileyinə həsr edilən "Gender Bərabərliyi Beynəlxalq İnsan Hüquqlarının hissəsi kimi" mövzusunda beynəlxalq konfransda çıxış edərkən deyib.

O qeyd edib ki, dövlətimiz 1995-ci ildə "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması" üzrə Konvensiyasına, 2000-ci ildə isə onun Əlavə Protokoluna qoşulub. 2000-ci ilin martında Ümummilli Lider Heydər Əliyev tərəfindən "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi" haqqında fərman imzalanıb.

Sədr vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin gender sahəsindəki qətiyyətli siyasətini Prezident İlham Əliyev və vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva uğurla davam etdirir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər