Nazirlər Kabineti su təsərrüfatı balanslarının tərtib edilməsi qaydasında dəyişiklik etdi


  • 16 Sentyabr 2020 20:14

Nazirlər Kabinetinin 2019-cu il 3 may tarixli 207 nömrəli Qərarı ilə təsdiq edilmiş “Su təsərrüfatı balanslarının respublika, su hövzələri və inzibati ərazi vahidləri üzrə tərtib edilməsi Qaydası”nda dəyişiklik edilib.

E-huquq.az-ın məlumatına görə, Baş Nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

qərara əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 3 may tarixli 207 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 942) ilə təsdiq edilmiş “Su təsərrüfatı balanslarının respublika, su hövzələri və inzibati ərazi vahidləri üzrə tərtib edilməsi Qaydası”na 1 nömrəli əlavə - “Azərbaycan Respublikasının illik su təsərrüfatı balansı” yeni redaksiyada təsdiq edilib.

Oxşar xəbərlər