Türkiyədə yol qəzasında bələdiyyə sədri ölüb


  • 19 İyun 14:32

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının Aydınlar Bələdiyyəsinin sədri Tacettin Karamercan yol qəzasında ölüb.

E-huquq.az “Cümhuriyyət”ə istinadən xəbər verir ki, iki minik avtomobilinin toqquşması nəticəsində daha 10 nəfər yaralanıb.

T.Karamercan xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Xəsarət alanların 6-sı uşaqdır. Hadisə yerinə təcili tibbi yardım əməkdaşları və polislər cəlb olunub. Yaralananlar arasında keçmiş bələdiyyə sədri Mehmet Arif Tusun da olub.

Oxşar xəbərlər