Beyləqanda ağır qəza - Ölənlər və yaralananlar var


  • 20 İyun 22:02

Beyləqan rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

E-huquq.az xəbər verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə yolunun Beyləqan rayonunun Bünyadlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“VAZ-2107" markalı və "Mercedes Sprinter" markalı avtomobillər toqquşub. Nəticədə "VAZ" da olan 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər