Valideynlik hüququndan məhrum edilən kişi aliment ödəməlidirmi?

Valideynlik hüququndan məhrum edilən kişi aliment ödəməlidirmi?


  • 7 Avqust 2019 16:58

Nikahın pozulmasından sonra tərəflər arasında yaranan problemlərdən biri də alimentin ödənilməsi ilə bağlıdır. Bu, uzun məhkəmə çəkişmələrinə, hətta bəzən atanın həbs olunmasına belə gətirib çıxarır. Son zamanlarda bu kimi halların artması cəmiyyətdə geniş müzakirələrə səbəb olur. Hətta bəziləri alimenti ödəməyən atanın valideynlik hüququndan məhrum edilməli olduğunu söyləyir.

Belə bir məqamda valideynlik hüququndan məhrum edilən kişinin aliment öhdəliyinin olub-olmaması barədə suallar yaranır.

Vəkil Hikmət Hüseynzadə e-huquq.az-a açıqlamasında bildirib ki, aliment valideynlik statusu daşıyan şəxsin öhdəliyidir: “Ailə Məcəlləsinin 64.0.2-ci maddəsində qeyd olunur ki, alimenti qəsdən ödəməmək valideynlik hüququndan məhrumetmə üçün əsasdır. Bu o demək deyil ki, hər aliment ödəyə bilməyən şəxs valideynlik hüquüundan məhrum oluna bilər. Əsas məsəslə burada hərəkətin qəsdən və ya həqiqətən imkansızlıqdan baş verdiyini dəqiq müəyyən etməkdir.

Ümumilikdə, valideynlik hüququndan məhrumetə uzun və çətin bir prosesdir. Bununla bağlı Məcəllənin 64-cü maddəsində 7 şərt sadalanıb. Prosedur olaraq bu məhrumetmə məhkəmə qaydasında baş verir. Valideynlik hüququndan məhrum edildikdən sonra Ailə Məcəlləsinin 65.3-cü maddəsində göstərilib ki, məhkəmə bu işə baxarkən aliment məsələsini də həll edir. Bundan sonra 66.2-ci maddədə qanun deyir ki, Valideynlik hüququndan məhrum edilmiş valideynlər uşaqların saxlanılmasını təmin etmək vəzifəsindən azad edilmirlər. Bu o deməkdir ki, baxmayaraq ki, şəxsin artıq valideynlik hüquqları yoxdur, onun bəzi valideynlik vəzifələri saxlanılır. Həmin valideynin üzərinə məhkəmə tərəfindən uşağına aliment vermə öhdəliyi qoyula bilər.

Burada hardasa uyğunsuzluq və ya məntiqsizlik varmış kimi görülə bilər. Lakin, qanunverici bu müddəalarə müəyyən etməklə uşaqlatın hüquqlarını ön plana çəkir".

Oxşar xəbərlər