Apellyasiya şikayətindən hansı hallarda imtina oluna bilər?


  • 20 Sentyabr 2021 14:38

Apellyasiya şikayətindən imtina edilməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş müvafiq maddə ilə tənzimlənir.

E-huquq.az xəbər verir ki, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur.

Apelyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər.

Məhkəmə Mülki Prosessual Məcəllənin müvafiq maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər.

Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir.

Sevgül Qasımzadə

Oxşar xəbərlər