Vəsiyyətnamələrin təsdiq edilməsi qanunvericilikdə necə tənzimlənir?


  • 22 Sentyabr 2021 13:13

Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkin yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər.

E-huquq.az xəbər verir ki, vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsi ilə tərtibinə yol verilmir. Vəsiyyətdə bir miras qoyanın sərəncamı olmalıdır. Eyni zamanda vəsiyyətin iki və daha artıq şəxs tərəfindən tərtibinə yol verilmir. Yalnız ərlə arvad qarşılıqlı vərəsəlik haqqında birgə vəsiyyətnamə tərtib edə bilərlər. Bu vəsiyyət ərin və ya arvadın tələbi ilə, lakin onların hər ikisinin sağlığında edilə bilər. Vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazılmasına yol verilir. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı,notariusun və şahidlərin yanında imzalamalıdır.

Yetkinlik yaşına çatmayanlar, fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxslər, vəsiyyət üzrə vərəsələr və onların yüksələn və enən xətt üzrə qohumları, bacıları, qardaşları, arvadı (əri) və vəsiyyət tapşırığı alan(leqatari) vəsiyyətin şahidi ola bilməzlər. Xeyrinə əmlakın vəsiyyət olunduğu şəxs vəsiyyətnamə təsdiq olunarkən iştirak edə bilməz və vəsiyyətnaməni vəsiyyət edənin əvəzinə imzalaya bilməz. Eləcə də notariusda vəsiyyətnaməni vəsiyyət edənin əvəzinə imzalaya bilməz.

Oxşar xəbərlər