Ad, soyad və ata adını necə dəyişmək olar? - ŞƏRH

Ad, soyad və ata adının dəyişdirilməsi Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiqlənmiş qaydalara əsasən həyata keçirilir


  • 9 Sentyabr 2019 21:00

Ad, soyad və ata adının dəyişdirilməsi Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiqlənmiş qaydalara əsasən həyata keçirilir.

E-huquq.az xəbər verir ki, qaydalara əsasən, 18 yaşı tamam olmuş Azərbaycan vətəndaşı adının, soyadının və ata adının dəyişdirilməsi üçün rayon və şəhər qeydiyyatı şöbələrinə, yaxud “Asan xidmət” mərkəzlərinə müraciət edə bilər.

Həmin ərizədə vətəndaşın adı, soyadı, ata adı, doğulduğu il, doğum yeri, daşımaq istədiyi yeni soyadı, adı, hərbi uçotu, milliyəti və vətəndaşlığı göstərilir. Daha sonra həmin ərizəyə vətəndaşlıq statusuna uyğun olaraq sənədlər təqdim olunur. Ardından qeydiyyat şöbəsi tərəfindən müvafiq qurumlara sorğular göndərilir. Ad, soyadın dəyişdirilməsinə mane olacaq hər hansı bir aşkarlanmadıqda bununla bağlı rəy tərtib olunur və vətəndaşa ad, yaxud soyadın dəyişdirilməsi ilə bağlı şəhadətnamə təqdim olunur.

Vətəndaşa adın dəyişdirilməsi ilə bağlı şəhadətnamə təqdim olunandan sonra onun ilkin olaraq doğum qeydə alındığı yerdən və yeni adı ilə doğum haqqında şəhadətnamə təqdim edlir. Vətəndaş bu sənədlər əsasında şəxsiyyəti təsdiq edən sənədi dəyişdirir. Köhnə adı ilə qeydə olunmuş sənədlərin alındığı qurumlara müraciət edərək yeni adla bağlı sənədlərini dəyişdirir. Ata adının dəyişdirilməsi proseduru da ad və soyadın dəyişdirilməsi ilə eynidir. Yeganə fərq adı qeyd ediləcək atanın da prosesdə iştirak etməsidir. Ata adını dəyişdirmək istəyən şəxs onu tərbiyə etmiş şəxsin razılıq sənədini təqdim edir. Həmin şəxs özü müraciət edir və ata adı kimi şəxsə onun adının verilməsinə etiraz etmədiyini bildirir. Bundan sonra həmin şəxsin ata dəyişdirilə bilər.

Ata öz adını dəyişdirdikdə onun yetkinlik yaşına çatmayan uşaqlarının sənədlərində də ata adı dəyişdirilir. Yetkinlik yaşınna çatanların ata adının dəyişdirilməsi isə yalnız özləri müraciət etdikdə həyata keçirilir.

Oxşar xəbərlər