Mediatorla vəkilin fərqi nədən ibarətdir?


  • 28 May 2022 23:15

Mediasiya mübahisələrin məhkəmədən kənar alternativ həll yollarından biridir.

Tərəflər mediasiya sessiyaları vasitəsilə məhkəmələrə nisbətdə daha az xərc çəkərək mübahisələrini arzu etdikləri zaman və formada həll edə bilərlər.

Vəkillə mediatorun arasında ən böyük fərq, mediatorun müstəqilliyi və neytrallığıdır. Mediator heç bir tərəfi təmsil etmir. Buna görə də mediasiya sessiyalarında tərəflərdən əlavə olaraq, tərəflərin maraqlarının müdafiəsi və təmini baxımından hər tərəfin vəkilləri və ya onları təmsil edən digər maraqlı şəxslər də iştirak edə bilər.

Mediasiya sessiyalarında haqlı və ya haqsız tərəflər yoxdur və nəticədə də heç kim uduzmur. Çünki əldə edilən barışıq sazişinin özü prosesin hər tərəfin məmnunluğu ilə nəticələndiyinin göstəricisidir.

Ailə, əmək və kommersiya mübahisələri üzrə məhkəmə prosesinə başlamadan əvvəl ilkin mediasiya sessiyasında iştirak etmək məcburidir. Mediasiya haqqında qanuna görə, bu xidmətlər pulludur, ancaq mediator və ya mediasiya təşkilatı öz razılığı ilə mediasiyanı ödənişsiz əsaslarla da həyata keçirə bilər.

Oxşar xəbərlər