Vətəndaş yaşayış yerini dəyişdikdə nə etməlidir?


  • 25 Yanvar 2020 22:52

Vətəndaş yaşayış yerini dəyişdikdə nə etməlidir?

E-huquq.az xəbər verir ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün həmin yerin ərazi polis orqanına müraciət etməlidir.

Həmin orqan vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində yeni şəxsiyyət vəsiqəsi verməlidir.

Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş hansı sənədləri təqdim etməlidir?

ərizə-anket; şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi və s.);Yaşayış sahəsinin mülkiyyətçisinin ərizəsi (mülkiyyətçi başqa şəxsdirsə).

Hansı hallarda yaşayış sahəsinə qeydə almaqdan imtina edilə bilər?

Qeydiyyat üçün tələb olunan sənədlər təqdim edilmədikdə; Sərhəd zonalarında, qapalı hərbi şəhərciklərin ərazilərində, qapalı ərazilərdə, ekoloji fəlakət zonalarında, infeksiya və zəhərlənmə ilə bağlı xüsusi şərtlər və rejimlər qoyulmuş, fövqəladə və ya hərbi vəziyyət elan olunmuş yerlərdə, müharibə, səfərbərlik elan olunduqda; şəxsin qeydiyyata alınacağı halda həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə qanunvericiliklə müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə; şəxsin qeydiyyata alınmaq istədiyi ev uçmaq qorxusu altında olduqda.

Şəxs hansı hallarda yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır?

yaşayış yerini dəyişdikdə; başqa ölkədə yaşayış yeri seçdikdə; ömürlük azadlıqdan məhrum edildikdə; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə; qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə.

Hansı hallarda olduğu yer üzrə qeydiyyata düşmək lazımdır?

Yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində ərizə-anket dolduraraq həmin yerin ərazi polis orqanına təqdim etməlidir. Həmin orqan vətəndaşı dərhal qeydiyyata almalı və bu barədə onun şəxsiyyət vəsiqəsinin arxa tərəfində müvəqqəti qeyd aparmalıdır.

Oxşar xəbərlər