"Mediasiya Şurasının yaradılması məhkəmə-hüquq islahatları çərçivəsində növbəti uğurlu addımdır"


  • 9 Dekabr 2021 18:17

"Azərbaycan vətəndaşlarının hüquqlarının qorunması və müdafiəsi baxımından çox faydalı təşəbbüslər irəli sürülür. Hesab edirəm ki, mediasiya institutu kimi belə bir presedentin yaradılması vətəndaşların hüquqlarının qorunması baxımından böyük əhəmiyyət kəsb edir. Bu, məhkəmə-hüquq islahatları çərçivəsində növbəti uğurlu addımdır".

Bunu e-huquq.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüquq və İnsan Haqları İnstitutunun baş direktoru, hüquq elmləri dokrotu, professor Aytən Mustafazadə deyib.

Onun sözlərinə görə, mediasiya hesabına işlərin təxminən 30 faizi məhkəməyə çatmır: "Ümid edirəm ki, bu göstərici daha çox olacaq. Çünki mediasiyaya müraciət olunan işlər daha çox ailə mübahisələrini, kommersiya işlərini əhata edir. Düşünürəm ki, bu problemlər öz həllini mediasiya və mediatorun köməyi ilə tapacaq. Mediasiya sturukturu yeni yaranan bir institutdur. Hüquqşünas və vəkillər bu sahədə inkişaf etməyə çalışır, mediasiya kursuna yiyələnirlər. Məhkəmə-hüquq islahatları çərçivəsində probasiya çox böyük rol oynadı. Mediasiyanın da yaradılması çox böyük yardım olacaq".

A. Mustafayeva hesab edir ki, mübahisə tərəflərini ortaq məxrəcə gətirmək üçün hüquqşünasla yanaşı, xüsusilə ailə mübahisələrində psixoloq olmaq lazımdır: "Tərəflər məhkəməyə müraciət edəndə təbii ki, vəkil onlara müəyyən hüquqi yardımı göstərir. Amma onları barışdırmaq üçün psixoloqun da rolu olmalıdır".

Oxşar xəbərlər