“Zirvə İnşaat” cərimə edilə bilər


  • 11 Avqust 2022 12:50

“Zirvə İnşaat” MMC haqqında inzibati protokol tərtib edilib.

E-huquq.az xəbər verir ki, şirkət barəsində aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 389-cu (Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

İşə Sabunçu rayon məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə baxılacaq.

Rəşid Qarayev

Oxşar xəbərlər