Beynəlxalq Hakimlər Assosiasiyası Azərbaycanda hakimlərin toxunulmazlığı ilə bağlı müsbət təcrübəni öyrənəcək


  • 21 Sentyabr 2022 20:00

Xəbər verdiymiz kimi, İsrailin paytaxtı Təl-Əviv şəhərində Beynəlxalq Hakimlər Assosiasiyasının 64-cü illik Konfransı keçirilir.

E-huquq.az-ın məlumatına görə, tədbirdə müxtəlif üzv dövlətlərin nümayəndə heyətləri tərəfindən ölkələrində məhkəmə hakimiyyəti ilə bağlı vəziyyət, aparılan islahatlar və mövcud problemlər barədə məlumatlar təqdim edilib və bu istiqamətdə qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Konfransda Ali Məhkəmənin Mülki kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Sənan Hacıyev çıxış edərək, tədbir iştirakçılarına hakimlərin, eləcə də sabiq hakimlərin maddi-hüquqi, funksional və prosessual toxunulmazlığının təmin edilməsi baxımından əhəmiyyətli olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 128-ci maddəsinin “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100, 101-ci maddələri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 53.1.5-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 17 yanvar 2022-ci il tarixli qərarı haqqında məlumat verib.

Hakimlərin və sabiq hakimlərin maddi-hüquqi funksional və prosessual toxunulmazlığı baxımından qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Beynəlxalq Hakimlər Assosiasiyası tərəfindən məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatı baxımından yüksək qiymətləndirilib.

Belə ki, katiblik tərəfindən qərarın ingilis dilinə təcrümə edilmiş xülasəsinin bu sahədə müsbət təcrübə kimi Assosiasiyanın bütün üzvlərinə göndərilməsi qərara alınıb.

Oxşar xəbərlər