Ramiz Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti Moskvada səfərdə olub - FOTO


  • 2 Dekabr 2022 10:50

2022-ci il 29 noyabr – 1 dekabr tarixlərində Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin başçılıq etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Moskva şəhərində Hakimlərin X Ümumrusiya Qurultayı və Rusiya Federasiyasının Ali Məhkəməsinin yaranmasının 100 illiyi münasibəti ilə keçirilmiş tədbirdə iştirak edib.

E-huquq.az xəbər verir ki, Kreml sarayında keçirilən tədbirin ilk günü Rusiya Federasiyasının Prezidenti Vladimir Putin çıxış edib. Xarici ölkələrin Ali Məhkəmə sədrlərinin iştirak etdikləri Hakimlərin X Ümumrusiya Qurultayında Rusiya Federasiyasının Konstitusiya Məhkəməsi sədrinin, Ali Məhkəməsi sədrinin, Hakimlər Şurası sədrinin, Hakimlərin Ali Kvalifikasiya kollegiyasının sədrinin, Hakim Vəzifəsinə Kvalifikasiya İmtahanı üzrə Ali İmtahan Komissiyası sədrinin çıxışları dinlənilib, müxtəlif mövzular ətrafında müzakirələr aparılıb.

Dekabr ayının 1-də Rusiya Federasiyasının Ali Məhkəməsinin yaranmasının 100 illiyi münasibəti ilə tədbir keçirilib.

Ali Məhkəmənin sədri Ramiz Rzayev səfər çərçivəsində həmçinin ikitərəfli görüşlər keçirib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparıb.

Oxşar xəbərlər