"As Motors" şirkəti barədə inzibati protokol tərtib olundu


  • 27 May 2023 13:41

"As Motors" şirkəti gömrük rəsmiləşdirilməsi qaydasının pozulmasına görə cərimə olunub.

E-huquq.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 490-cımaddəsi ilə inzibati protokol yazıb.

Protokol baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib. İş hakim Fuad Axundovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsinə əsasən, gömrük rəsmiləşdirilməsi qaydasının pozulmasına, yəni gömrük rəsmiləşdirilməsinin başlanması və başa çatması, onun keçirilmə yeri, vaxtı və üsulu barədə müəyyən olunmuş tələblərə riayət edilməməsinə və ya gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydasının tətbiqi şərtlərinə əməl edilməməsinə görə fiziki şəxslərə hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Məlumat üçün bildirək ki, "As Motors" MMC "AlpineOil", "Mecafilters" və "AlcoFilters" ticarət nişanlarının Azərbaycan Respublikası ərazisində rəsmi distribyutorudur.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər