Məhkəmə ahıl kişinin ölümündə ittiham olunan sürücü barədə qərar verəcək


  • 3 İyun 2023 12:34

Sumqayıtda piyadanın ölümü ilə nəticələnənn yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Bəhram Babayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatıına görə, toplanan cinayət işi materialları baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.

İşə hakim Elçin Məmmədovun sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə yanvarın 24-də Bakı-Quba-Dağıstan sərhəd avtomobil yolunun Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən 46-cı km-də qeydə alınıb. Belə ki, sürücü, 1957-ci il təvəllüdlü Babayev Bəhram Kərim oğlu idarə etdiyi “QAZ-330210” markalı yük avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyada, 1940-cı il təvəllüdlü Gülmalıyev Adil Məhi oğlunu vurub. Nəticədə piyada hadisə yerində ölüb. Bəhram Babayevə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər