"Yeni Gəncə Hotel Company" barəsində inzibati protokol tərtib olundu


  • 8 Dekabr 2023 17:15

"Yeni Gəncə Hotel Company" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az-ın məlumatına görə, şirkət barədə müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 464-cü (Məcburi auditdən yayınma) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilib.

İş hakim Asif Əliyevin sədrliyi ilə araşdırılacaq.

Protokol təsdiq olunsa, "Yeni Gəncə Hotel Company" min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər