"Damla Mebel" cərimələnə bilər


  • 9 Aprel 18:12

"Damla Mebel" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, MMC barədə İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Yasamal Rayon Məhkəməsində hakim Rauf Daşdəmirovun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, "Damla Mebel" min beş yüz manat məbləğində cərimə ediləcək.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər