Qadının üzərinə benzin tökərək yandırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır


  • 23 İyul 2024 15:37

Tovuzda qadının üzərinə benzin töküb yandırmaqda təqsirləndirilən Röyal Tağıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Mikayıl Məmmədzadənin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, 2002-ci il təvəllüdlü Röyal Tağıyev aralarında yaranmış mübahisə zamanı tanışı 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın üzərinə benzin töküb yandırmaqla onun ölümünə səbəb olmaqda təqsirləndirilir. Röyal Tağıyevə qarşı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər