- 8 İyul 11:59
Azərbaycanda məhkumlar karantin rejimləri dövründə videogörüşlər keçirə biləcək.
E-huquq.az-ın məlumatına görə, bununla bağlı Cəzaların İcrası Məcəlləsinə dəyişiklik edilir.
Dəyişikliklə sənəd məhkumlara videogörüşlər keçirmək hüququn verilməsini, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə görüşlərə məhdudiyyət qoyulduğu hallarda məhkumun xahişi olduqda qısa müddətli görüşlər telefon danışıqları və videogörüşlərlə əvəz edilməsini nəzərdə tutur.