Dünyada son sutkada 600 mindən çox koronavirusa yoluxma qeydə alındı


  • 21 Noyabr 23:21

Dünyada son sutka ərzində 641 mindən çox koronavirusa yoluxma, 11752 ölüm hadisəsi qeydə alınıb.

E-huquq.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib.

Qeyd edilib ki, ən çox yoluxma hadisəsi Avropada (276 mindən çox) müşahidə edilib. Sonrakı yerdə isə Şimali və Cənubi Amerika (257 mindən çox) qərarlaşıb.

Ümumilikdə isə bu günədək dünyada 57,2 milyondan çox yoluxma, 1,3 milyondan çox ölüm hadisəsi baş verib.

Oxşar xəbərlər