Ədliyyə Nazirliyində İşçi qrupu yaradıldı


  • 24 Yanvar 2022 18:58

"Qaz sızması və partlayışı, dəm qazı ölümü və sağlamlığa zərər vurulması hallarının qarşısının alınması istiqamətində Ədliyyə Nazirliyində İşçi qrupu yaradılıb".

E-huquq.az-ın xəbərinə görə, bunu Baş prokuror Kamran Əliyev qurumda keçirilən geniş kollegiya iclasında bildirib.

O deyib ki, bu işlə bağlı Baş Prokurorluğun nümayəndələrinin iştirakı təmin edilməklə aidiyyəti normativ hüquqi aktlarda zəruri dəyişikliklərin edilməsi ilə əlaqədar 8 layihə hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.

Oxşar xəbərlər