Sabah “Azəriqaz”da növbəti “Açıq qapı” aksiyası keçiriləcək


  • 23 İyun 2022 13:49

Sabah saat 11:00-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası keçiriləcək.

Bu barədə e-huquq.az-a “Azəriqaz”dan məlumat verilib.

Məlumata görə, aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq.

Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.

Oxşar xəbərlər