- 15:47
Tanzaniyanın Serengeti Milli Parkında təyyarə havaya qalxarkən uçuş-enmə zolağında olan zebraya çırpılıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər veri rki, "Sindbard Air" şirkətinə məxsus "Embraer EMB-120" tipli təyyarənin eniş şassisi toqquşma nəticəsində zədələnib. Şassi açılmadığı üçün pilotlar təyyarəni Kilimancaro Beynəlxalq Hava Limanına yönəldiblər.
Təyyarə gövdəsi üzərində təcili eniş edib. Göyərtədə olan 26 sərnişin və 4 ekipaj üzvünün hamısı xəsarət almadan təxliyə olunub. Toqquşma nəticəsində zebra tələf olub.
Hadisə ilə bağlı araşdırma başlanıb. Mütəxəssislər vəhşi təbiətlə əhatə olunan Seronera hava limanında zürafə, zebra və antilop kimi heyvanların uçuş-enmə zolağına çıxmasının aviasiya üçün ciddi risk yaratdığını bildirirlər.
Şəbnəm Mehdizadə