ABŞ ordusunda 65 ildən sonra ölüm hökmü icra ediləcək


  • 15:17

2009-cu ildə Texasdakı Fort-Hud hərbi bazasında 13 nəfəri öldürən ABŞ Ordusunun keçmiş mayoru Nidal Malik Həsənin edam tarixi müəyyənləşdirilib.

E-huquq.az xəbər verir ki, bu barədə ABŞ ordusu məlumat yayıb.

Məlumata görə, Həsən 2026-cı il dekabrın 3-də güllələnmə yolu ilə edam ediləcək. Edamın hücumun baş verdiyi Fort-Hud bazasında həyata keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, sabiq mayor 2009-cu il noyabrın 5-də bazadakı tibb mərkəzində atəş açaraq 13 nəfəri öldürüb, 30-dan çox şəxsi yaralayıb. O, 2013-cü ildə hərbi məhkəmə tərəfindən 13 maddə üzrə qəsdən adam öldürmə və 32 maddə üzrə qəsdən adam öldürməyə cəhd ittihamları ilə təqsirli bilinərək ölüm hökmünə məhkum edilib.

ABŞ ordusunda sonuncu edam 1961-ci ildə həyata keçirilib. Həsənin edamı baş tutacağı təqdirdə, bu, 65 ildən sonra ABŞ Ordusunda icra edilən ilk ölüm hökmü olacaq.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər