Hindistanda iki başlı və dörd gözlü ilan aşkarlandı


  • 15:12

Hindistanın Qucarat əyalətinin Dahod rayonunda iki başlı və dörd gözlü nadir ilan aşkar edilib.

E-huquq.az yerli KİV-ə istinadən xəbər verir ki, təxminən 15 santimetr uzunluğunda olan ilanın zəhərsiz “canavar ilanı” növünə aid olduğu bildirilib.

Yerli sakinlərin məlumatından sonra vəhşi təbiət könüllüləri əraziyə gələrək ilanı təhlükəsiz şəkildə mühafizəyə götürüblər.

Mütəxəssislər ilanın iki başlı olmasını bisefaliya adlı nadir inkişaf anomaliyası ilə əlaqələndirirlər. Bu vəziyyət embrional inkişaf zamanı yaranır və bir bədəndə iki başın formalaşmasına səbəb olur. Başların ayrı-ayrı beyinlərə malik ola bildiyi və müstəqil hərəkət etdiyi qeyd edilir.

Mütəxəssislərin sözlərinə görə, iki başlı ilanlara Hindistanın müxtəlif bölgələrində daha əvvəl də rast gəlinib. Lakin belə heyvanların təbiətdə yaşaması və sağ qalması daha çətin olur.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər