Xarici vətəndaşla nikahın pozulması: Uşaq kimdə qalmalıdır?

Xarici vətəndaşla nikahın pozulması: Uşaq kimdə qalmalıdır? 


  • 2 Avqust 2019 14:36

Ölkəmizdə vətəndaşları narahat edən hüquqi məsələlərdən biri də boşanma prosesi ilə bağlıdır. Xüsusən boşanmaların sayının artdığı son dövrlərdə bununla bağlı suallar da artmaqdadır.

E-huquq.az problemin aktuallığını nəzərə alaraq, xarici ölkə vətəndaşından boşanma prosesi ilə bağlı bəzi suallara aydınlıq gətirməyə çalışıb:

Rusiya vətəndaşı ilə evli və bu nikahdan 10 aylıq körpəsi olan Azərbaycan vətəndaşı qadın boşanma üçün müraciət etdikdə, uşaq tərəflərdən hansında qalmalıdır? Boşandıqdan sonra ödəniləcək alimentin məğləği hansı ölkənin qanunlarına əsasən, müəyyənləşdiriləcək?

Vəkil Bəxtiyar Hacıyev bildirib ki, bu halda uşağın mənafeyi nəzərə alınaraq, anaya verilir: "Bu, birmənalı olaraq belədir".

Nikahın pozulması və yetkinlik yaşına çatmayan uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işə baxılmasına gəldikdə isə B.Hacıyev qeyd edib ki, mülki prosesual qanunvericiliyə əsasən, məhkəmə aidiyyəti məsələsinə ananın və azyaşlı uşağının yaşadığı yer üzrə baxılır.

O, məhkəmə qərarının icrasının Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsi vasitəsilə Rusiya Ədliyyə Nazirliyinin icra qurumlarına həvalə olunduğunu söyləyib.

Oxşar xəbərlər