Polis əməkdaşı nə zaman dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir?

Polis əməkdaşı nə zaman dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir?


  • 2 Sentyabr 2019 09:49

Polis əməkdaşı Polis Haqqında Qanunla qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir.

E-huquq.az xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin "facebook" səhifəsində məlumat yayılıb.

Bildirilir ki, qanunun VII maddəsinə görə, Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər.

Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Oxşar xəbərlər