Şəxsin pedaqoji fəaliyyətlə məşğul olmasına hansı hallarda qadağa qoyula bilər?


  • 28 Avqust 10:36

Pedaqoji fəaliyyətlə məşğul olmasına qadağa qoyulmuş şəxslər barədə qanunda öz əksini tapmaqla bərabər eyni zamanda xəstəliklər siyahısı da mövcuddur.

Aşağıdakı şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər:

Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilənlər.

Ağır, xüsusilə ağır cinayət törətməsinə görə məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslər.

Fəaliyyət qabiliyyətsizliyinə və ya məhdud fəaliyyət qabiliyyətli olmasına, habelə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər.

Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş siyahıda göstərilən xəstəliklərə görə pedaqoji fəaliyyətlə məşğul olmasına qadağa qoyulmuş şəxslər.

Uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər.

Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi etik davranış qaydalarını pozduğuna görə əmək müqaviləsinə xitam verilmiş pedaqoji işçi 1 (bir) il müddətində pedaqoji fəaliyyətlə məşğul ola bilməz.

Bəs hansı xəstəliklərə görə pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər?

Pedaqoji fəaliyyətlə məşğul olmasına qadağa qoyulmuş 34 xəstəlik mövcuddur. Həmin xəstəliklər, Xəstəliklərin Beynəlxalq Təsnifatı üzrə (XBT-10) kodları (A15, F00, F01, F02, F03, F06.0, F06.1, F06.2, F07.0, F10, F11, F12, F14, F16, F20, F22, F31.1, F31.2, F31.4, F31.5, F33.3, F60.0, F60.2, F60.3, F60.4, F63.0, F63.1, F63.2, F65, F98.5, H90.5, J38.0, H54.0, H54.1) üzrədir.

Əsas: Təhsil haqqında Qanun (maddə 36-1 Pedaqoji fəaliyyətlə məşğul olma), Pedaqoji fəaliyyətlə məşğul olmağa yol verməyən xəstəliklərin Siyahısının təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 2019-cu il 18 fevral tarixli 57 nömrəli Qərarı, Pedaqoji fəaliyyətlə məşğul olma Qaydasının təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 156 nömrəli Qərarı.

Rahim Abıyev

Hüquqşünas

Oxşar xəbərlər