2 saylı Mediasiya Təşkilatı vətəndaşlara xidmət üçün hazırdır - FOTOLAR


  • 31 Dekabr 2021 12:07

Xəbər verdiyimiz kimi, Bakı şəhəri və Abşeron rayonu inzibati ərazi vahidləri üzrə dövlət qeydiyyatına alınmış ilk 6 mediasiya təşkilatı Mediasiya Şurasının üzvlüyünə qəbul edilib. 5 yanvar 2022-ci il tarixindən etibarən həmin ərazi vahidləri üzrə mediator təyin olunması barədə Mediasiya Şurasına deyil, mediasiya təşkilatlarına müraciət edilməlidir.

E-huquq.az xəbər verir ki, Xüsusi Komissiyanın apardığı monitorinqin nəticələrinə əsasən müsbət rəy alaraq Mediasiya Şurasının üzvlüyünə qəbul edilən mediasiya təşkilatlarından biri də 2 saylı Bakı Mediasiya Təşkilatıdır.

Təşkilat artıq vətəndaşlara xidmət göstərilməsi üçün tam hazırdır. Burada mediasiya sessiyalarının keçirilməsi üçün bütün lazımi şərait yaradılıb. Vətəndaşlar təşkilata müraciət edərək mediasiya ilə bağlı operativ şəkildə və qanunvericiliyə uyğun ilkin məcburi mediasiya və sair mediasiya proseslərinin keçirilməsinə nail ola bilərlər.

Ünvan: Bakı şəhəri, Xan Şuşinski 158, Ev 72 F(Şam restoranının yanı),

Ərazi: Nərimanov rayonu

E-mail adresi: mediasiya02@gmail.com

Əlaqə telefonları: 012-449-62-08; 012-449-91-11; 070-511-49-90, 050-611-49-90

Poçt indeksi: AZ1106

Qeyri-kommersiya qurumunun qeydiyyat nömrəsi: 1121-Q77-3965

Qurumun hər bir qanuni təmsilçisi barədə məlumatlar: (soyad, ad, ata adı - əlaqə vasitələri)

Rəhbər: Həsənova İlhamə Zakir qızı - 050-611-49-90

Oxşar xəbərlər