Bakı Apellyasiya Məhkəməsində yenilik - FOTO


  • 8 Dekabr 2022 16:57

Bakı Apellyasiya Məhkəməsində müraciətlər qutusu istifadəyə verilib.

Bu barədə e-huquq.az-a məhkəmədən bildirilib.

Məlumatda qeyd olunub ki, Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, Bakı Apellyasiya Məhkəməsi tərəfindən vətəndaşların müraciətlərinə daim diqqətlə yanaşılaraq onların məhkəməyə əlçatımlığının asanlaşdırılması üçün tədbirlərin görülməsi davam etdirilir.

"Məlum olduğu kimi son zamanlar Bakı Apellyasiya Məhkəməsi tərəfindən məhkəmə istifadəçilərinə layiqli xidmət göstərilməsi, onların məmnunluğunun artırılması məqsədilə məhkəməyə daha çevik müraciət etmələri üçün əhəmiyyətli işlər görülmüş, bir çox zəruri imkanlar yaradılıb. Belə işlərin davamı olaraq vətəndaşların qanunauyğun şəkildə ünvanlanmış müraciətlərinin toplanması, onların kağız daşıyıcıda müraciətlərinin 24 saat fasiləsiz məhkəməyə təqdim etmələri, bu sahədə çevikliyin və işin təşkilinin səmərəliliyinin artırılması məqsədilə məhkəmənin inzibati binasının qarşısında, qəbul otağının yanında şəffaf müraciətlər qutusu yerləşdirilib. Bununla da, vətəndaşlar öz müraciətlərini istənilən vaxt həmin qutudan istifadə etməklə məhkəməyə təqdim etmək imkanı əldə ediblər", - deyə bildirilib.

Oxşar xəbərlər