Gömrük Komitəsi "Dəmiryolservis"ə cərimə yazdı


  • 2 İyun 2023 14:07

Dövlət Gömrük Komitəsi "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus "Dəmiryolservis" MMC-yə cərimə yazıb.

E-huquq.az-ın məlumatına görə, şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib. İşə hakim Anar Rzayevin sədrliyi ilə baxılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyud edək ki, İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsinə əsasən, malların və nəqliyyat vasitələrinin üç aydan bir ilədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə inzibati xətanın bilavasitə obyekti olan mallar və (və ya) nəqliyyat vasitələrinin dəyərinin əlli faizindən yetmiş faizinədək məbləğdə cərimə nəzərdə tututlur.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər