- 8 Dekabr 18:09
"Avrasiya Klinikası" MMC-yə cərimə protokolu yazılıb.
E-huquq.az xəbər verir ki, klinika barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
Protokola hakim Anar İbadzadənin sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunarsa, “Avrasiya Klinikası” min beş yüz manat məbləğində cərimə edilə bilər.
Şəbnəm Mehdizadə