- 16:42
İsrail ordusunun səhər saatlarından etibarən Qəzza zolağının müxtəlif bölgələrinə həyata keçirdiyi hücumlarda 19 fələstinli həyatını itirib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, İsrail ordusunun Cədid Qaçqınlar Düşərgəsindəki evi hədəfə alması nəticəsində 5 fələstinli – ana, ata və 3 uşaq həlak olub. Hücum zamanı əksəriyyəti uşaq olmaqla 20-dən çox insan yaralanıb.
İsrailin Qəzzanın şərqindəki Şücaiyyə və Zeytun məhəllələrində iki evi hədəf aldığı hücumlarda 8 nəfər həlak olub.
İsrailin Qəzza şəhərinin Nafaq küçəsindəki çadıra hücumu nəticəsində altı aylıq körpə həlak olub.
İsrailin Qəzza zolağının cənubunda yardım paylama məntəqəsi yaxınlığında yardım gözləyən insanları hədəf alan hücumunda 5 fələstinli həlak olub.
İsrail ordusunun Qəzza zolağında təhlükəli yola çıxardığı humanitar yük maşınının qida almağa çalışan fələstinlilərin üzərinə aşması nəticəsində 20 nəfər həyatını itirib.
Humay Eminqızı