İcra sənədi hansı halda borclunun əmlakına yönəldilə bilməz?


  • 28 İyul 2021 12:33

İcra sənədi icra olunarkən əgər borclunun yeganə yaşayış yeri olan mənzilidirsə bu zaman tələbin həmin əmlaka yönəldilməsinə yol verilmir (ev tikmək və ya almaq üçün kredit təşkilatı tərəfindən verilmiş kreditin tutulması hallarına, habelə ipoteka ilə və qanunla müəyyən edilmiş qaydada daşınar əmlakın yüklülüyünün xüsusi növü ilə yüklü edilmiş əmlaka şamil edilmir).

Əsas :

- İcra haqqında qanuna əsasən Fiziki şəxslər barəsində icra sənədi icra olunarkən, borclu və onun ailə üzvləri üçün zəruri olan ərzaq məhsullarına, daimi istifadə edilən qab-qacağa və mətbəx ləvazimatına, digər ilk zərurət əşyalarına, habelə ixtisas üzrə kitablara və peşə fəaliyyəti ilə məşğul olmaq üçün avadanlığa tələb yönəldilə bilməz. Fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən, dəqiq siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmlak növlərinə tələbin yönəldilməsinə yol verilmir (maddə 49).

- Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli 89 nömrəli qərarı.

Rahim Abıyev

Hüquqşünas

Oxşar xəbərlər