Məhkəmə qərarının icrası üçün ödəniş hansı hallarda alınır?


  • 8 Dekabr 2022 10:00

İcra haqqında qanunun 78.1-ci maddəsinə görə icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir.

E-huquq.az-ın məlumatına görə, qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır.

Əgər icra məmurunun verməli olduğu 10 gün könüllü icra müddətində borclu qərarı icra edirsə, onda icra ödənişi tutulmur. Həmçinin, qərar məhkəmə tərəfindən icraya yönəldilənə qədər borclu tərəfindən icra edilərsə icra ödənişi tutula bilməz.

Oxşar xəbərlər