Millət vəkili: "Mediasiya varsa, boşanma prosesini niyə məhkəmələrə həvalə edirik?"


  • 27 Dekabr 2021 15:32

"Boşanma işləri məhkəməyə getməməli, bütövlükdə mediasiya çərçivəsində öz həllini tapmalıdır".

E-huquq.az-ın məlumatına görə, bunu millət vəkili, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib.

"Boşanma prosesi bizdə bəzən zorakılığın kökündə dayanan amil olur. Artıq mediasiya prosesi mövcuddur və mediatorlar işləyirsə, biz boşanma prosesini niyə məhkəmələrə həvalə edirik ki? Mübahisə varsa, başqa məsələ, amma mübahisə yoxdursa, üstəlik, nikah müqaviləsi də varsa, biz Ailə Məcəlləsinin 17-ci maddəsində olduğu kimi, boşanma prosesini Qeydiyyat idarələrinə həvalə etməliyik. Nikah könüllü ittifaqdır, adam istəmirsə, onun aylarla məhkəmədə sürünməsinə nə gərək var? Barışma ehtimalı varsa, onsuzda mediasiya prosesində müəyyən olunacaq", - deyə millət vəkili qeyd edib.

Oxşar xəbərlər