Bakı 2 saylı Mediasiya Təşkilatının iclası keçirildi - FOTO


  • 28 Yanvar 2023 13:16

Bakı 2 saylı Mediasiya Təşkilatında fəaliyyət göstərən mediatorların ümumi yığıncağı keçirilib.

E-huquq.az xəbər verir ki, yığıncaqda 2022-ci ilin yekunu üzrə təşkilatın maliyyə hesabatı, mediatorların qiymətləndirilmə nəticələri dinlənilib, ən çox barışıq sayı olan mediatorların təcrübələri, mediatorların fəalliyyətindki çətinliklər, mübahisənin barışıq sazişi ilə tamamlanmasına mane olan amillər, həmçinin təşkilatın marketinq fəaliyyəti, 2023-cü il üçün marketinq planı, xərclər smetası müzakirə edilib.

Mediatorların peşə bacarıqlarının artırılması istiqamətində mütəmadi seminarların keçirilməsi qərara alınmış,mediatorlarla xidmət müqavilələrinin bağlanması, davam etdirilməsi, həvəsləndirmə tədbirlərinin tətbiq edilməsi şərtləri müzakirə edilib.

Həmçinin Mediasiya Şurası tərəfindən növbəti aylar üzrə təşkilatın və mediatorların qarşısında qoyulmuş 60 faiz barışıq sazişinə nail olma yolları təhlil edilib.

Oxşar xəbərlər